Sənət 17:28 16.11.2022

Xərçəngdən əziyyət çəkən aktrisa Tünzalə Əliyeva: ”Gözlərimə inana bilmədim"

"Müalicəm üçün lazım olan "ağıllı dərmanlar”ı Zaur Baxşəliyev özü mənə hədiyyə edib”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva deyib. O, hazırda xəstəxanada olduğunu və müalucənin başlandığını deyib:

"Allahdan ümid kəsilməz. Mən də ümidliyəm. Bu dərmanları Zaur alıb. Həddindən artıq bahalı dərmanlardır. Canlı yayımda Zaur onları mənə tədqim edəndə gözlərimə inana bilmədim. Elə bildim mənə dünyaları verdilər”. 

Qeyd edək ki, uzun illərdir xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa Tünzalə Əliyevanın səhhəti kəskin pisləşib. Hazırda şiş onun başına yayılıb. 

Bahar Rüstəmli