Xəbər lenti

Yalnız su deyil: Yer xaricində həyat üçün nələr lazımdır?
Dünya 20:55 22.02.2026

Yalnız su deyil: Yer xaricində həyat üçün nələr lazımdır?

Alimlər Yer xaricində həyatın axtarışını sürətləndirməyə kömək edə biləcək bir araşdırma aparıblar. Məlumata görə, su ilə yanaşı, fosfor və azot elementləri də ekzoplanetdə həyatın əsasını təşkil edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Tagesschau" nəşri "Nature" jurnalında dərc olunan araşdırmaya istinadən məlumat yazıb.

Sürix ETH, Kembric Universiteti və Qroningen Universitetinin tədqiqatçıları bildirir ki, Günəş sistemindən kənarda, yəni ekzosferlərdə həyat axtarışı fosfor və azota yönəlməlidir. Onların sözlərinə görə, yalnız su həyatın mövcudluğu üçün kifayət deyil.

Planetoloq Kreyq Uolton qeyd edib ki, maye su məlum həyat üçün vacib şərtdir, amma bu kifayət deyil. Fosfor və azot kimi əsas elementlər də tələb olunur.

Əgər planetdə su olsa da, lakin fosfor və azot kifayət qədər deyilsə, belə planet həyat üçün əlverişli olmaya bilər.

Uolton izah edib ki, fosforun qarşılıqlı təsiri hüceyrələrin enerji balansı və DNT-nin yaranması üçün vacibdir. O, tədqiqat qrupu ilə birlikdə model hesablamalar vasitəsilə planetin səthində hər iki elementin kifayət qədər olması üçün hansı şərtlərin lazım olduğunu müəyyən edib.

"Planetlər formalaşanda əvvəlcə ərimiş qayadan ibarət olurlar. Bu mərhələdə elementlər ayrılır: ağır elementlər nüvəyə enir, yüngüllər isə səthdə qalır. Bu zaman oksigen mərkəzi rol oynayır", deyə məqalədə vurğulanır.

Uolton əlavə edib ki, əgər oksigen azdırsa, fosfor ağır elementlərlə, məsələn, dəmir ilə birləşərək nüvəyə enir. Əks halda, oksigen çox olarsa, fosfor üst qatlarda qalır, amma azot atmosferə çıxır və tamamilə itə bilər.

"Təsəvvür etmək bir az qorxulu olur: planet tapırsan, ora raketlə uçursan, suyu görürsən, amma fosfor yoxdur – bu halda iş bitir", deə tədqiqatçı bildirib.

Belə çatışmazlıq gələcək Mars kolonizasiyası üçün də yeni çağırışlar yarada bilər, yalnız fosfor yox, azot baxımından da.

Uolton eyni zamanda istisna etmir ki, Yer qalaktikada yeganə həyat olan və ya yaşamağa uyğun planet ola bilər. Hətta əgər həyat üçün uyğun ekzosfer mövcuddursa belə, alim xəbərdarlıq edib: "Biz sadəcə ən yaxın ulduz sisteminə uça bilmərik. Ona görə də Yerlə yaxşı davranmalıyıq".

Aydın

--> -->