Xəbər lenti

Samir Oruc vəzifəsindən ayrıldı
Ölkə 23:14 14.04.2026

Samir Oruc vəzifəsindən ayrıldı

Respublika Diaqnostika Mərkəzinin PR və marketinq şöbəsinin rəhbəri Samir Oruc vəzifəsindən ayrılıb.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, o, bu vəzifəyə ötən ilin avqust ayında təyin olunub.

Hazırda sözügedən vəzifəyə yeni təyinat həyata keçirilməyib.

Qeyd edək ki, S.Oruc müxtəlif dövrlərdə ARB TV və AzTV kanallarında müxbir kimi fəaliyyət göstərib.

O, həmçinin "Liv Bona Dea Hospital" xəstəxanasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
--> -->