ABŞ, İsrail və İran arasında müharibə təkcə humanitar böhran yaratmayıb, minlərlə mülki şəxsin ölümünə və milyonlarla insanın məcburi köçkün düşməsinə səbəb olub.
Qaynarinfo-nun "Bloomberg"ə istinadən məlumatına görə, Kembric Universitetinin professoru Helen Tompson bildirir ki, hərbi əməliyyatlar enerji sahəsində daha geniş geosiyasi transformasiyanı sürətləndirə bilər və bu, Fars körfəzindən Avropa və Asiyaya qədər neft, qaz və dəniz daşımaları axınlarına ciddi təsir göstərə bilər.
Onun sözlərinə görə, hətta döyüşlər dayansa belə, onilliklər ərzində qlobal bazarların əsaslandığı etimad – xüsusilə tranzit marşrutlarının etibarlılığı və təchizatın asanlıqla əvəz olunması ilə bağlı güvən – ciddi sarsıntı keçirib.
Tompson vurğulayıb ki, ən dərhal hiss olunan təsirlər yalnız neft bazarlarında deyil, həm də neft məhsulları və mayeləşdirilmiş təbii qaz (LNG) bazarlarında özünü göstərə bilər. Xüsusilə Fars körfəzindən ixracdan asılı olan ölkələr bu vəziyyətdən daha çox zərər görə bilər.
"Avropa və xüsusilə Böyük Britaniya aviasiya yanacağı, dizel və qaz idxalından asılı olduğu üçün həssas görünür, Asiya iqtisadiyyatları isə kömür və daha diversifikasiya olunmuş təchizat mənbələri sayəsində daha çevik qala bilər”, deyə "Bloomberg” yazır.
Professorun fikrincə, bu proses nəticəsində dünya daha parçalanmış qiymət strukturlarına, məhdud təchizat zəncirlərinə və artan iqtisadi risklərə doğru gedə bilər.
Aydın
Şərhlər