Yelo Bank karyera pillələrini inamla addımlamaq
istəyən dinamik gənclər üçün qapılarını açır. Bankın hər il böyük maraqla
qarşılanan "Summer Challenge 2026” təcrübə proqramına qeydiyyat başladı. Bu
proqram tələbə və yeni məzunlara müasir bankçılıq mühitindəreal iş təcrübəsi
qazanmaq, peşəkar mentorlardan öyrənmək və ən əsası – gələcək karyerasını Yelo
komandasının bir üzvü kimi davam etdirmək şansı verir.
3 ay davam edəcək təcrübə proqramı çərçivəsində gənclər nəzəri biliklərini
praktiki tapşırıqlarla möhkəmləndirəcək, korporativ mədəniyyəti daxildən öyrənəcək
və komanda işinin effektivliyini hiss edəcəklər.
İştirakçılar sahib olduqları keyfiyyət və bacarıqlara uyğun olaraq İnsan
Resursları, Satış, Maliyyə və Mühasibatlıq, Proqramlaşdırma, İnformasiya
Texnologiyaları, Brendin İdarəedilməsi və Bankın xidmət şəbəkəsində təcrübə keçəcəklər.
Namizədlərdən aşağıdakı keyfiyyətlər gözlənilir:
✔️Təşəbbüskarlıq və daim öyrənməyə həvəs;
✔️Pozitiv enerji və kreativ düşüncə;
✔️Nəticəyönümlü yanaşma və komanda ruhu.
Proqrama qoşulmaq istəyənlər 25 may 2026-cı il tarixinədək 3 qısa sualı
cavablandıran 60-90 saniyəlik motivasiya videosu çəkərək qeydiyyat formunu
doldurmalıdırlar.
Seçim zamanı özünü səmimi ifadə edən və tapşırığa yaradıcı yanaşan namizədlərə
üstünlük veriləcək. Yayını həm əyləncəli, həm dəkaryeran üçün səmərəli keçirmək
istəyirsənsə, "Summer Challenge” sənə parlaq bir başlanğıc vəd edir. Müraciət
üçün tələsin: https://ylb.az/summerch2026.
Yelo Bank
vakansiya elanları ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və
yaFacebook,Instagram,Whatsappvəyelo.azhesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq
bankçılıq!
Şərhlər