Dünyaya yeni gəlmiş bir körpənin maraq dolu baxışlarla ətrafı süzməsini izləyən hər kəsin ağlından eyni sual keçir: "Bəs indi nə düşünür?" Hələ danışa bilməyən, hətta başını dik tuta bilməyən bir canlının zehninin boş bir lövhə olduğunu düşünə bilərsiniz. Lakin elm adamlarının apardığı son araşdırmalar göstərir ki, vəziyyət elə deyil; o kiçik başların içində əslində nəhəng bir emal mərkəzi inanılmaz sürətlə işləyir.
Qaynarinfo xəbər verir ki, körpə beyinlərinin sirrini açmaq istəyən tədqiqatçılar 130, hələ iki aylıq körpə üzərində çətin bir tədqiqat aparıblar. Bu tədqiqatda fMRI texnologiyasından istifadə olunub. Yetkin bir insan üçün belə dar və səs-küylü tuneldə hərəkətsiz dayanmaq çətin olsa da, iki aylıq körpəni orada sabit saxlamaq demək olar ki, mümkün olmayan bir iş kimi görünür. Alimlər bu problemi həll etmək üçün körpələri yumşaq lobya torbaları ilə dəstəkləyib, səsdən qorunmaları üçün xüsusi qulaqcıqlardan istifadə ediblər.
Əlavə olaraq, yuxuda olan bir beynin reaksiyaları ilə oyaq bir beynin dünyanı qavrama üsulu tamamilə fərqlidir. Buna görə tədqiqatın ən vacib qaydası, körpələrin çəkiliş zamanı yuxuda olmamasını təmin etmək idi. 15–20 dəqiqəlik qısa seanslarda körpələrə plastik ördəklərdən pişiklərə, alış-veriş arabalarından müxtəlif obyektlərə qədər çoxsaylı vizual görüntülər göstərilib.
Körpə beyni yetkin kimi kateqoriyalaşdırma edir
Tədqiqatın nəticələri körpələrin bilişsel bacarıqları barədə bütün köhnə bilikləri alt-üst edəcək səviyyədə idi. İki aylıq bir körpə hələ rəngləri tam ayıra bilmir və ya gördüyü obyektə uzana bilmir olsa da, beyni artıq həmin obyektin nə olduğunu analiz etməyə başlayır. Tədqiqatı aparan Dr. Cliona O'Doherty bildirir ki, körpələr sadəcə "bir şeyə baxmır", eyni zamanda gördüklərini kateqoriyalara ayırmağa başlayırlar. Yəni körpə beyni, bir obyektin canlı və ya cansız olduğunu və ya ölçülərini artıq bu yaşda ayırd edə bilir.
Doqquzuncu ayda aparılan izləmə testlərində vəziyyət daha da diqqətəlayiq olub. Bu mərhələdə körpələrin beyin dalğaları, yetkinlərin bir obyektə baxarkən verdiyi reaksiyalarla təəccüblü dərəcədə oxşardır. Tədqiqatçılar süni intellekt modellərindən istifadə edərək yalnız körpənin beyin fəaliyyətinə baxaraq həmin an hansı görüntüyə baxdığını proqnozlaşdırmağı bacarıblar. Bu da göstərir ki, vizual qavrayışın əsasları düşündüyümüzdən daha erkən, hətta biz dil inkişaf etdirmədən əvvəl formalaşır.
Bu nəticələr yalnız merakı ödəməkdən ibarət deyil, eyni zamanda gələcəkdə nevroinkişaf pozuntularının erkən diaqnozu və məktəböncəsi təhsil modellərinin formalaşdırılmasında kritik rol oynayacaq.
Aydın
Şərhlər