Xəbər lenti

Yığmamız bu gün AÇ-nin seçmə mərhələsində növbəti matçına çıxır
İdman 09:18 26.03.2024

Yığmamız bu gün AÇ-nin seçmə mərhələsində növbəti matçına çıxır

Bu gün U-21 millimiz Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
 
Qaynarinfo-nun məlumatına görə, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Ukrayna ilə qarşılaşacaq. Start fiti "Qarabağ Arena"da saat 16:00-da səsləndiriləcək matçı xorvatiyalı Dario Bel idarə edəcək.

Millimiz hazırda yer aldığı F qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb. Ukrayna yığması isə 15 xalla liderdir. Millimiz martın 22-də baş tutan İngiltərə ilə matçda böyükhesablı məğlubiyyətə uğrayıb - 1:5.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->