Xəbər lenti

Sənət 23:58 17.06.2023

“Yuğ” Dövlət Teatrı premyeraya hazırlaşır

İyunun 25-də "Yuğ” Dövlət Teatrında Əbdülqəni Əliyevin quruluşunda hazırlanan "Asılqan” adlı yeni tamaşanın premyerası olacaq. Səhnə əsərində aktyorlar Elşən Əsgərov və Ləman Mərrih çıxış edəcək. Tamaşanın quruluşçu rəssamı Əfşan Əsədova, rejissor assistenti isə Məryəm Qələndərovadır.

Bu barədə Qaynarinfo-ya teatrın mətbuat xidmətindən məlumat verilib.

"Xalq yazıçı Anarın "Asılqanda işləyən qadının hekayəti” əsəri əsasında hazırlanan tamaşa həyatlarının hər bir dönəmində sınaqlarla üzləşən iki gəncin sevgi hekayəsindən bəhs edir”, - deyə məlumatda qeyd edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->