XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Təyyar Bayramov yubileyini qeyd edir: "Bu yaşda insan özünə nə arzu edər?"
Sənət15:25 14.09.2026

Təyyar Bayramov yubileyini qeyd edir: "Bu yaşda insan özünə nə arzu edər?"

Bu gün Əməkdar artist, xanəndə Təyyar Bayramovun 50 illik yubileyidir.

Yubilyar Qaynarinfo-ya açıqlamasında 50 il ərzində çox əziyyətli yol keçdiyini bildirib.

“Hər yaşın öz dövrü və xüsusiyyəti var. 50 yaş az deyil, ömrümün yarıdan çoxudur. Biz bu yaşa elə-belə çatmamışıq. Onları sadalamaq üçün saatlar lazımdır. 50 ilə həyatın çətinlikləri, əziyyətləri ilə gəlib çıxmışıq. İndi 50 illik yubileyimdir. Bu yaşda insan özünə nə arzu edər? Ancaq can sağlığı, vəssalam. Sənətkar üçün sağlam ömür çox vacibdir”, deyə Təyyar Bayramov vurğulayıb.

Təyyar Bayramov bütün insanlara can sağlığı arzulayıb:

“Firavan bir ölkəmiz olsun, dərddən-qəmdən uzaq olsun”.

Bahar Rüstəmli