Xəbər lenti

Yunan siyasətçi NATO rəhbərini “Ərdoğanın səfiri” adlandırdı
Dünya 21:05 15.06.2022

Yunan siyasətçi NATO rəhbərini “Ərdoğanın səfiri” adlandırdı

\Yens Stoltenberqin"O (Stoltenberq), həm Ərdoğanın səfiri, həm də NATO-nun baş katibi ola bilməz".

Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu sözləri Yunanıstan Sosialist Partiyasının lideri Nikos Androulakis deyib.

Yens Stoltenberqin Yunanıstan və Türkiyə arasında yeni gərginliyi "fərqlər" adlandırmasından və iki ölkə arasında dialoqa çağırışından sonra "Yunanıstan Sosialist Partiyası Pasok”un lideri NATO rəhbərini tənqid atəşinə tutub.

Ankara ilə Afina arasında gərginlik son vaxtlar, xüsusən də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yunan dilində Twitter mesajı ilə yunanları hədələməsindən sonra daha da artıb.

"Yunanıstan və Türkiyəni Egeydəki fikir ayrılıqlarını etimad və müttəfiq həmrəyliyi ruhunda həll etməyə çağırırıq. Bu, təmkin, səbr və vəziyyəti gərginləşdirə biləcək hər hansı hərəkət və ya ritorikadan çəkinmək deməkdir. Putinin Ukraynaya qarşı müharibəsinin Avropada sülhü pozduğu bir vaxtda müttəfiqlərin bir yerdə olması daha vacibdir”, - Stoltenberq Afina xəbər agentliyinə müsahibəsində bildirib.

Stoltenberqin şərhi Afinada reaksiyalara səbəb olub. Bütün siyasi partiyalar NATO-nun məsələ ilə bağlı neytral mövqeyini tənqid edib. Ən sərt reaksiya isə Yunanıstanın sosialist lideri Nikos Androulakisdən gəlib. 

Egey və Şərqi Aralıq dənizindəki problemlər, Yunanıstana qarşı müharibə təhlükəsi, Şərqi Egey adalarında milli suverenliyimizin şübhə altına alınması və Türkiyə rəhbərliyinin doktrinaya yenidən baxması Stoltenberqin qeyd etdiyi kimi sadəcə fikir ayrılığı və ya təsadüf deyil”,- Androulakis deyib.

Androulakis Stoltenberqi Türkiyəyə bəraət qazandırmaqda ittiham edib. 

"Təəssüf ki, Stoltenberq ilk dəfə deyil Ərdoğanın avtoritar rejiminə, hətta Türkiyənin İsveç və Finlandiyaya qarşı qəsbkar münasibətinə haqq qazandırır. O, həm Ərdoğanın səfiri, həm də NATO-nun baş katibi kimi fəaliyyət göstərə bilməz", - Androulakis deyib.

Nurlan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->