İdman 19:00 30.03.2023

"Yuventus"un keçmiş rəsmisinin qadağası sərtləşdirildi - artıq bütün dünyada...

FIFA "Yuventus"la bağlı araşdırma işində maliyyə pozuntularına görə cəzalandırılan Fabio Paratiçiyə qoyulan qadağanın müddətini uzadıb.

Qaynarinfo-nun məlumatına görə, baş məşqçi böhranı ilə mübarizə aparan "Tottenhem" indi futbol direktoru problemi ilə üzləşib. Premyer Liqa təmsilçisi klubun futbol direktoru Fabio Paratiçiyə FIFA tərəfindən bütün dünyada futbol fəaliyyəti ilə məşğul olmaqla bağlı qadağa qoyub.

"Yuventus"un maliyyə korrupsiyası araşdırması zamanı İtaliya komandasının idman direktoru olmuş Paratiçi haqqında 30 aylıq həbs qərarı çıxaılmışdı. 50 yaşlı funksionerin qadağası yalnız İtaliyaya aid olduğundan Paratiçi 2021-ci ildə "Tottenhem"ə keçib.

Bununla belə, FIFA İtaliya Futbol Federasiyasının tələbinə əsasən, qadağanın bütün dünyadakı fəaliyyətinə də aid edildiyini və müddətinin uzadıldığını açıqlayıb. Bir neçə gün öncə açıqlama verən Paratiçi özünün, həmçinin klubunun gələcəyə fokuslandığını və ona əvəzləyici tapıldığını bildirib.

"Yuventus"un bütün idarə heyəti, o cümlədən prezident Andrea Anelli və vitse-prezident Pavel Nedved, klubun transferləri ilə bağlı polis araşdırması fonunda noyabr ayında istefa verib. Daha sonra komandanın 15 xalı silinib. Seriya A nəhəngi transfer xərclərində qeyri-münasibliklərdə ittiham olunur.

Səbuhi Həsənov