"Zahranur” şirkətində əmək qanunverciliyi pozulub.
Valyuta.az xəbər verir ki, bu fakt şirkətdə həyata keçirilən operativ vergi nəzarəti zamanı üzə çıxıb.
Nəzarət tədbirinin nəticələri haqqında tərtib olunan akta əsasən "Zahranur” MMC-yə 10 000 manat maliyyə sanksiyası tətbiq edilib.
"Zahranur” MMC 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 010 manatdır. Şirkətin qanuni təmsilçisi Bilal Ertasdır.
Şərhlər