Xəbər lenti

Zelenski Abramoviçin danışıqlarda vasitəçi ola biləcəyini istisna etmir, amma...
Dünya 19:20 16.06.2026

Zelenski Abramoviçin danışıqlarda vasitəçi ola biləcəyini istisna etmir, amma...

Rusiya biznesmeni Moskva ilə Kiyev arasında aparılan danışıqlarda vasitəçi ola bilər, lakin bu, Rusiya prezidenti Vladimir Putinin qərarından asılıdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Reuters Next" sammitində çıxış edərkən bildirib.

Mümkün vasitəçiliklə bağlı sualı cavablandıran Zelenski Vladimir Putinin "artıq öz qərarlarını beynində formalaşdırdığını” deyib. O, həmçinin Abramoviçin Kiyevə səfəri zamanı "çox konkret və məzmunlu dialoqun” baş tutduğunu, həmin görüşdə biznesmenin Ukraynanın mövqeyini 100 faiz anladığını qeyd edib.

"Putindən asılıdır, çünki hər bir ölkə öz nümayəndəsinin texniki səviyyədə və ya milli təhlükəsizlik müşavirləri səviyyəsində kim olacağına özü qərar verməlidir”, deyə Aleksey Arastoviç bildirib.

Böyük Britaniyanın "The Guardian" nəşri daha əvvəl may ayında Abramoviçin "gizli şəkildə Kiyevə səfər edərək Zelenski ilə danışıqlar apardığını” yazmışdı. Həmin görüşdə Ukrayna liderinin oliqarxa Kiyevin "Donbasdan heç vaxt imtina etməyəcəyini, Moskvanın bunu istədiyi kimi olmayacağını” bildirdiyi qeyd olunurdu.

Bundan əvvəl Kreml Kiyevlə qeyri-rəsmi təmasların mövcudluğunu təsdiqləyib və Ukrayna paytaxtına tanınmış Rusiya biznesmenlərindən birinin səfər etdiyini açıqlayıb — onun adı Rusiya tərəfi tərəfindən açıqlanmır. Prezident köməkçisi Yuri Uşakovun sözlərinə görə, həmin şəxs Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb və daha sonra məlumatı Moskvaya ötürüb. Rusiya Prezidenti Vladimir Putin isə bildirib ki, bu vasitəçi üzərindən Ukrayna liderindən şəxsi görüş xahişi alıb, lakin Kiyevin son bəyanatları fonunda belə danışıqların məqsədəuyğunluğuna şübhə edib.

Aydın

--> -->