Xəbər lenti

Zelenski Putinlə görüşə hazır olduğunu açıqladı
Dünya 14:04 09.04.2026

Zelenski Putinlə görüşə hazır olduğunu açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib.

Qaynarinfo-nun məlumatına görə, Zelenski bunu İtaliyanın RAI radiostansiyasına verdiyi müsahibədə bildirib.

"Mən Putinlə görüşməyə hazıram. Əlbəttə, Moskvada və ya Kiyevdə deyil. O mənimlə görüşməyə hazırdırsa, bunun üçün kifayət qədər yer var. Biz Yaxın Şərqdə, Avropada, Birləşmiş Ştatlarda, harada olursa-olsun görüşə bilərik", - o vurğulayıb.
--> -->