Siyasət 17:42 17.06.2022

Zelenski: "Ukraynanın AB-yə namizədliyi qələbəni daha da yaxınlaşdıracaq"

Bu addım AB-yə üzvlük yolunda qələbəmizi daha da yaxınlaşdıracaq ilk addımdır. 

Qaynarinfo "The Guardian”a istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski tvitter hesabında Ukraynanın Avropa Komissiyasının AB üzvlüyünə namizəd kimi təyin olunması ilə bağlı tövsiyəsinə münasibət bildirərkən yazıb.

O, Avropa Komissiyasının sədri Ursula von der Leyenə "tarixi qərara" görə minnətdar olduğunu və gələn həftə Komissiyadan müsbət nəticə gözlədiyini bildirib.

Nurlan Hüseynov