Dünya 17:35 08.10.2022

Zelenskinin ofisi körpünü kimin partlatdığını açıqladı

Krım körpüsündə baş verən partlayışı rusiyalılar təşkil edə bilər. Ehtimal ki, fövqəladə vəziyyət FSB ilə hərbçilər arasında qarşıdurmanın nəticəsidir.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak "Twitter” hesabında yazıb.

"İndi isə ciddi. FSB/özəl hərbi şirkətlər Müdafiə Nazirliyinin/Baş Qərargahın rəhbərliyini "yeməyə” çalışırlar. Kadr dəyiyişiliyindən bir an əvvəl FSB noqdauna düşür: Putinin körpüsündə partlayışa imkan verdilər. İndi Müdafiə Nazirliyi cənubda gələcək məğlubiyyətlərə görə FSB-ni günahlandıra biləcək. Körpünü kimin partlatdığı hələ bəlli deyil? Yada salım ki, yük maşını Rusiya Federasiyasından daxil olub”, deyə Podolyak yazıb.

Nizami Bağırov