Sağlamlıq 19:10 31.03.2023

Zəli ilə müalicə: Bu xəstəliklərdə qətiyyən olmaz - İnfeksionist

"Zəlinin əsasən yüksək qan təzyiqi, yaddaş zəifliyi, oynaq ağrıları, bəzi sinir xəstəlikləri, trofik yaralarda və s. xəstəliklərdə istifadəsi mümkündür”.
 
Bunu Qaynarinfo-ya həkim-infeksionist Namiq Nəbiyev zəli ilə müalicənin faydalarından danışarkən deyib. 

O bildirib ki, zəli qan azlığından əziyyət çəkən, tromb xəstəlikləri olan insanların müalicəsində istifadə oluna bilməz:

"Həkimlə məsləhətləşmədən zəli ilə müalicə aparmaq olmaz. Bu, çox təhlükəlidir”.

Bahar Rüstəmli