Xəbər lenti

İdman 17:10 10.08.2023

"Zirə"dən ayrılan Alxasov bölgə klubunda oynayacaq

"Zirə"dən ayrılan Slavik Alxasovun yeni klubu müəyyənləşib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müdafiəçi "Turan Tovuz"la anlaşıb. 30 yaşlı Alxasovla müqavilənin yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir. 

Son mövsümü "Zirə"də keçirən futbolçu qəsəbə təmsilçisi ilə yollarını qarşılıqlı razılaşma əsasında ayırıb.

Slavik bundan əvvəl  "Sabah", "Keşlə", "İnter" (indiki "Şamaxı"), "Sumqayıt", "Xəzər Lənkəran", "Neftçi" kimi klubların formalarını geyinib.

O, "Zirə"yə ötən ilin yayında "Sabah"dan transfer olunmuşdu.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->