Xəbər lenti

10 il vergidən yayınan
Dünya 17:50 03.08.2024

10 il vergidən yayınan "Coca-Cola"ya rekord cəza - 6 milyard dollar

ABŞ məhkəməsi "Coca-Cola" şirkətini rekord məbləğdə - 6 milyard dollar cərimə edib. Şirkət vergidən yayınmaqda ittiham olunur. 

Qaynarinfo xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

"Bu gün Birləşmiş Ştatların Vergi Məhkəməsi "The Coca-Cola Company" ilə Birləşmiş Ştatların Daxili Gəlir Xidməti arasında davam edən vergi işi ilə bağlı qərar çıxardı. Qərara təqribən 2,7 milyard dollarlıq öhdəlik daxildir, müvafiq faizlər də daxil olmaqla, ümumi məbləğin təqribən 6 milyard dollar olacağı gözlənilir", deyə şirkət bildirib.

Bu cərimə ödənilərsə, Amerika korporasiyası üçün rekord olacaq. Söhbət "Coca-Cola" şirkətinin təxminən 10 il ərzində vergidən yayınmasından gedir. İstintaq hesab edir ki, şirkət öz gəlirinin əhəmiyyətli hissəsini xarici bölmələrə köçürüb, bununla da federal vergiləri ödəməkdən yayınıb.

Şirkət apellyasiya şikayəti vermək niyyətindədir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->