Xəbər lenti

İdman 12:48 12.08.2023

120 milyon avroluq transfer rəsmiləşdi

İngiltərə millisinin futbolçusu Harri Keyn Almaniyanın "Bavariya" komandasına keçib.

Qaynarinfo-nun məlumatına görə, 30 yaşlı hücumçu transferini sosial şəbəkə hesabı vasitəsilə elan edib.

"Tottenhem"dən ayrıldığını açıqlayan təcrübəli forvard Münhen təmsilçisi ilə müqavilə imzalayıb.

Məlumata görə, transfer 120 milyon avroya reallaşıb.

Qeyd edək ki, London klubunun yetirməsi olan Harri Keyn müxtəlif vaxtlarda ölkəsinin "Leyton Orient", "Milluoll", "Norviç" və "Lester" komandalarında da çıxış edib. O, son 10 ili "Tottenhem"in əsas komandasında keçirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?