Xəbər lenti

İdman 20:25 08.04.2024

43 illik dünyaca məşhur futbol serialı sona çatır

Məşhur yapon komiksi "Kapitan Tsubasa" sona çatmaq üzrədir. 

Qaynarinfo-nun məlumatına görə, serialın yazarı Takahaşi Yoiçi 43 illik macəradan sonra  təqaüdə çıxacağını elan edib. "Kyodo" agentliyində yeralan xəbərə görə,  "Kapitan Tsubasa”nın 63 yaşlı müəllifi təqaüdə çıxacağını, lakin fəaliyyətini davam etdirəcəyini açıqlayıb. O, "Mən hələ də illüstrasiyalar çəkməyi və hekayələr düşünməyi xoşlayıram”  -  deyib. Bununla yanaşı Yoiçi, "Kapitan Tsubasa” obrazı üzərində hekayələr planlaşdıracağını bildirib.

Dünya miqyasında populyar hesab edilən komiks 43 il ərzində 50-dən çox ölkədə 90 milyon nüsxədən artıq satılıb. Keçən həftə oxucuların görüşünə gələn serialın son məhsulu olan "Kapitan Tsubasa Rising Sun" yapon xarakterinin 23 yaşadək futbolçulardan ibarət milli komandasındakı macərasından bəhs edib.

2024-cü ilin yanvar ayında verdiyi açıqlamada Takahaşi, fiziki gücünün yetmədiyini və komiks bazarının rəqəmsallaşması səbəbindən serialı bitirəcəyini açıqlayıb. "Kapitan Tsubasa"nın ilk seriyası 1981-ci ildə həftəlik "Şukan Şonen Jump" jurnalında çap olunub.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->