Texnologiya 22:00 07.05.2023

ABŞ-da elektromobilləri enerji ilə doldurmaq üçün robot təqdim edildi

ABŞ-ın Sietl şəhərindən olan "Autev" startapı elektromobilləri enerji ilə doldurmaq üçün kiçik mini-robot təqdim edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "New Atlas” məlumat yayıb.

Autev əslində "təkərlər üzərində böyük batareyadır".
 


Mini-robot elektromobillər üçün xüsusi təchiz olunmuş qarajda və ya başqa yerdə istənilən dayanacaqda yerləşdirilə bilər.

Bildirilir ki, robot elektromobilə çatanda istifadəçi sadəcə olaraq şarj kabelini avtomobilinin şarj portuna qoyur. Avtomobil sahibi geri qayıdanda kabeli robotdan ayırır və onun qarajdakı özünün enerji doldurma məntəqəsinə qayıtmasına şərait yaradır.

Əgər istifadəçi erkən qayıdırsa və enerji doldurma tamamlanmamış tərk etmək istəyirsə, o, proqramdan istifadə edərək ya istədiyi doldurma qabiliyyətini azalda, ya da sadəcə olaraq robot kabelini əl ilə ayıra bilər.

Aydın