Xəbər lenti

ABŞ-da
Dünya 12:23 14.07.2025

ABŞ-da "pnevmonik vəba" yayılıb? - Professor belə xəstəlik olmadığını deyir

"ABŞ-ın Arizona ştatında pnevmonik vəbadan ölüm qeydə alınıb. 

Kokonino dairəsinin Səhiyyə Departamentinin məlumatına görə, 2007-ci ildən bəri rayonda bu xəstəlikdən ilk ölüm hadisəsidir. Pnevmonik vəba xəstəliyin ən ağır və ən az yayılmış formasıdır, tənəffüs sisteminin zədələnməsi ilə müşayiət olunur”.

Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında "pnevmonik vəba” anlayışının mövcud olmadığını bildirib:

"Bilmirəm bu termin haradan quraşdırılıb? Amma vəba 4 karantin infeksiyasından biridir. Xüsusi təhlükəli infeksiyadır. Təbii çiçək, taun, sarı qızdırma kimi xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aiddir. Bu infeksiyalar yayıldıqda qısa müddətdə böyük epidemiyalar, pandemiyalar yarada bilər”.

Professor tarixən vəbadan xeyli insan təlafatının olduğunu xatırladıb:

"Vəba bağırsaq infeksiyasıdır. Kəskin bağırsaq infeksiyası zamanı qarşısı alınmayan bir diareya baş verir. Xəstə çox qısa müddətdə həddən artıq su itkisinə məruz qalır və nəticədə ürək dayanması və iflicindən ölüm baş verir”.
 


Adil Qeybulla bildirib ki, pnevmoniya isə virus və bakteriya mənşəli ağ ciyərin iltihabi xəstəliyidir:

"Bunlar fərlqi şeylərdir. Vəba baş verən zaman dərhal karantin tədbirləri görülür. Onun başlandığı yerlər nəzarət altına götürülür və infeksiyanın yerində lokallaşdırılması üçün çox ciddi addımlar atılır. Dəfələrlə bu cür baş verən epidemiyalar beləcə lokallaşdırılıb”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->