Xəbər lenti

Ölkə 14:16 05.03.2024

ABŞ-da super çərşənbə axşamı: Bu gün 15 ştatda prezident praymerizləri keçiriləcək

Çərşənbə axşamı, martın 5-də ABŞ-ın 15 ştatında və Amerika Samoasında seçicilər seçkiyə gedəcək. 

Qaynarinfo xəbər verir ki, bu, praymerizlərin ən böyük səsvermə günü - Super çərşənbə axşamı olacaq.

Son məlumatlara görə, ştatlarda keçirilən praymerizlərdə ABŞ prezidenti Co Bayden və keçmiş Ağ Ev rəhbəri Donald Tramp qalib gələcək. Daha sonra onlar 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində partiyalarını təmsil edəcəklər.

Son sorğulara görə, Baydenin 2020-ci il seçkilərində Tramp üzərində qələbəsinə baxmayaraq, ABŞ-ın hazırkı prezidenti əsas rəqibindən bir neçə faiz geridədir.
Tramp bundan əvvəl Miçiqan, Aydaho, Missuri və Cənubi Karolina ştatlarında praymerizlərdə qələbə çalıb və həmin ştatları təmsil edən daha çox nümayəndənin dəstəyini qazanıb. 

"Amerikanın səsi” xəbər verir ki, o, çərşənbə axşamı keçirilən səsvermədə rəqibi, Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli üzərində liderliyini artıra bilər.
Martın 4-də ABŞ Ali Məhkəməsi Kolorado ştatının  məhkəməsinin keçmiş prezident Donald Trampın namizədlikdən kənarlaşdırılmasına dair qərarını ləğv edib. Bununla da Trampın prezident seçkilərində iştirakına icazə verilib.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?