Abbasqulu Ağa Bakıxanovun evi dağılmaq təhlükəsi ilə üz-üzə (VİDEO)
Evin alt qatının küçəyə olan hissəsi uçub, ev yararsız vəziyyətə düşüb
Söhbət görkəmli mütəfəkkir Abbasqulu Ağa Bakıxanovun doğulduğu evdən gedir.
53 ildir burda yaşadığını deyən ev sahibi, Bakıxanovlar nəslinin davamçısı, 84 yaşlı Elmira Mirzəyeva deyir ki, bu günə qədər dəfələrlə aidiyyatı qurumlara müraciət etsək də, heç bir nəticəsi olmayıb. Ailənin istəyi odur ki, bu ev təmir olunub, muzey kimi istifadəyə verilsin.
Hətta bununla bağlı Mədəniyyət Nazirliyinə də müraciət olunub, amma müsbət cavab verilməyib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər