Xəbər lenti

Təqaüdçü qadın 3 il Maskla yazışdığını düşünərək dələduzlara 600 min dollar verib
Dünya 17:07 01.04.2026

Təqaüdçü qadın 3 il Maskla yazışdığını düşünərək dələduzlara 600 min dollar verib

Sinqapurda yaşlı qadın özünü milyarder İlon Mask kimi təqdim edən dələduzun qurbanı olub və 600 min dollar itirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Mothership" nəşri məlumat yayıb.

Yerli KİV-lərin məlumatına görə, 75 yaşlı qadın dörd il ərzində məşhur sahibkar kimi davranan şəxsə mütəmadi olaraq pul köçürüb. Dələduz onunla sosial şəbəkələr vasitəsilə əlaqə saxlayaraq biznesini xilas etmək üçün köməyə ehtiyacı olduğunu iddia edib. Etimadı artırmaq üçün isə videonglər zamanı süni intellekt texnologiyalarından istifadə edib.

Ailəsi uzun müddət bu fırıldaqdan xəbərsiz qalıb, çünki qadın əsasən gecə saatlarında həmin şəxslə ünsiyyət qurub. Zaman keçdikcə o, müxtəlif hesablara böyük məbləğlər köçürməyə başlayıb və daha sonra hətta mənzilini satmağı planlaşdırıb. Bankın 67 min dollar məbləğində köçürməyə şübhə ilə yanaşması vəziyyəti dəyişib. Bank polisə məlumat verib və bundan sonra araşdırma başlanıb.

Qadının qızlarının sözlərinə görə, bu müdaxilə ailəni maliyyə fəlakətindən xilas edib. Onlar həmçinin bildiriblər ki, analarına psixoz diaqnozu qoyulub, lakin o, hələ də aldadıldığını qəbul etmir və müdaxilədən sonra da pul köçürməyə cəhd edib.

Aydın

--> -->