XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

ABŞ-da 41 ildir ölüm hökmünü gözləyən mıhbus azadlığa çıxacaq
Dünya16:00 29.09.2026

ABŞ-da 41 ildir ölüm hökmünü gözləyən mıhbus azadlığa çıxacaq

ABŞ-ın Yuta ştatının sakini Duqlas Stüart Karter 1985-ci ildə Yuta sakini Yeva Olesenin qətlinə görə ölüm hökmünə məhkum edilib. O, girov müqabilində azadlığa buraxılacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.

Qərar təkrar ekspertizanın Karterin DNT-sinin cinayət yerindən götürülmüş bioloji izlərlə uyğun gəlmədiyini göstərməsindən sonra qəbul edilib.

İlkin məhkəmə hökmü kişinin etiraflarına və iki şahidin ifadələrinə əsaslanıb. Həmin şahidlər Karterin onlara törətdiyi qətl barədə danışdığını bildiriblər. Bununla belə, istintaqın əlində məhkumun cinayət yerində olduğunu təsdiqləyən maddi sübut olmayıb. Sonradan hər iki şahid ifadələrini geri götürüb. Karter özü isə etiraflarının təhdid altında alındığını bildirir.

2024-cü ildə Yuta ştatının Ali Məhkəməsi müstəntiqlərin qanunsuz hərəkətlərini müəyyən etdikdən sonra istintaqın yenidən başlanmasına qərar verib.

Öldürülən qadının yaxınları məhkumun azadlığa buraxılmasına qarşı çıxırlar. Yeva Olesenin gəlininin sözlərinə görə, ailə istintaqın davam etdiriləcəyinə ümid edir. Onun fikrincə, cinayət yerində aşkarlanan DNT-nin Karterə məxsus olmaması onun qətldə tamamilə iştirak etmədiyini sübut etmir.

Aydın