Xəbər lenti

İdman 16:00 20.12.2022

AFFA bu məşqçilərə PRO lisenziaysı verdi

Bu gün AFFA-nın inzibati binasında UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və sertifikatlar təqdim olunub.
 
Qaynarinfo AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqçilər Sənan Qurbanovla Zaur İsmayılov diplom və sertifikatlarla təltif olunub. Mükafatları məşqçilərə AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və Təhsil proqramın rəhbəri Aslan Kərimov təqdim edib.
 
Səbuhi Həsənov
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?