XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

23 yaşlı şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu
Ekonomiks22:44 12.09.2026

23 yaşlı şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu

Daha bir şirkət rəhbərinin vergi borclarına görə ölkədən çıxışına qadağa qoyulub.

“Kastin ESS” MMC-nin dövlət büdcəsi və fondlara ümumilikdə 5872 manat vergi borcu yaranıb. Şirkətə dəfələrlə bildiriş göndərilsə də, ödənişlər yerinə yetirilməyib.

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi borcların ödənilmədiyinə görə məhkəməyə ərizə ilə müraciət edərək, şirkət qarşısında iddia qaldırıb. İddiada borcların ödənilmədiyi təqdirdə şirkətin 23 yaşlı rəhbərinin ölkədən çıxışının müvəqqəti məhdudlaşdırılması istənilib.

Məhkəmə bu iddianı təmin edib. Beləliklə qərara əsasən, “Kastin ESS” MMC-nin 5872 manat borcu tam ödənilənədək şirkətin 23 yaşlı rəhbərinin Azərbaycandan çıxışına qadağa qoyulub./Lent.az