Xəbər lenti

İdman 15:33 01.04.2024

AFFA-nın növbəti Konfransının gündəliyi açıqlandı

Aprelin 2-də keçiriləcək AFFA-nın növbəti Konfransının gündəliyi bəlli olub.

Qaynarinfo milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, saat 10:00-da "Bulvar Marriott Hotel”də start götürəcək toplantının gündəliyinə 6 məsələ daxildir.

Bunlar AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi, Konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, maliyyə hesabatları, müstəqil auditorun hesabatı və AFFA prezidenti vəzifəsinə, həmçinin İcraiyyə Komitəsinə seçkilərin keçirilməsidir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?