Xəbər lenti

İdman 16:15 09.04.2024

AFFA üç klubu cərimələdi

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo-nun məlumatına görə, Azərbaycan Premyer Liqasında 29-cu tura həsr olunmuş iclasda aşağıdakı qərarlar qəbul olunub.

"Qarabağ” – "Səbail” oyununda "Səbail” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə "Səbail” klubu 700 manat cərimə edilir (maddə 37);

"Neftçi” – "Sumqayıt” oyununda "Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37);

"Neftçi” – "Sumqayıt” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?