Xəbər lenti

Aftandil İsrafilovun qızı:
Sənət 09:46 09.12.2022

Aftandil İsrafilovun qızı: "Həkim dərmanları düzgün verməyib" (VİDEO)

Xalq artisti Aftandil İsrafilovun səhhətindən xəbər var. 

Qaynarinfo xəbər verir ki, "ATV səhər"ə danışan sənətkarın qızı Həcər İsrafilova atasına həkimlərin yanlış dərman verdiyini açıqlayıb:

"Reanimasiyadadır. Heç kimi içəri buraxmırlar. Bir dəfə həkimin yanına getdik-gəldik. Əvvəl yaxşı idi. Sonra ayaqları şişdi. Sonra başqa həkimin yanına getdik. Əfsuslar olsun ki, həkim də düzgün dərmanlar verməyib. Amma yaş da var, onları da başa düşmək olar".

Xatırladaq ki, Aftandil İsrafilov bir həftə əvvəl təcili olaraq xəstəxanya yerləşdirilib. Onun vəziyyətinin kritik olduğu bildirilirdi. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->