Meyxana ifaçısı Ağamirzə Məmmədovla həmkarı Ruslan Müşfiqabadlı arasında qalmaqal yaşanıb.
Ruslan Müşfiqabadlı mətbuata açıqlamasında bu sənətdə özünə heç kimi ustad görmədiyini bildirib:
"Meyxanada "mənim ustadım" sözü yoxdur. Onlar mənim yox, sənətimin ustadlarıdır. Ona görə də onlara ehtiram göstərirəm. Nə Ağamirzə, nə də Vüqar Əbdülov mənim ustadımdır. Onlar mənə heç nə öyrətməyiblər".
Meyxanaçı Ağamirzə Məmmədov Qaynarinfo-ya həmkarının fikirlərinə münasibət bildirmək istəmədiyini deyib:
"Cavandırlar, fikir vermək lazım deyil. Ruslan bacım oğludur, həmişə mənə dayı deyir. Cavandır da, deyib, nə etmək olar. Ruslan çox qabiliyyətli oğlandır".
Bahar Rüstəmli
Şərhlər