Xəbər lenti

Paşinyanın müavini Mher Qriqoryan Qəbələdə (FOTO)
Video 19:24 28.11.2025

Paşinyanın müavini Mher Qriqoryan Qəbələdə (FOTO)

Şahin Mustafayev ilə Mher Qriqoryan Qəbələdə sərhədlərin delimitasiyası və təhlükəsizliyi məsələlərini müzakirə edib.

Qaynarinfo xəbər verir ki, Qəbələ şəhərində Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə noyabrın 28də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 12-ci görüşü keçirilib.

Komissiyaların 12-ci görüşünin tərəflərdən birinin ərazisində – Azərbaycanın Qəbələ şəhərində keçirilməsinin məmnunluqla qeyd olunduğu ifadə edilib.

Görüş zamanı tərəflər 16 yanvar 2025-ci il tarixində keçirilmiş 11-ci görüşün yekunları üzrə əldə olunmuş, delimitasiyası üzrə kompleks işlərin dövlət sərhədinin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə, razılaşmanı qeyd etmişlər.

Tərəflər delimitasiya tədbirləri ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparmışlar.

Həmçinin delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair müvafiq təlimat layihələri müzakirə olunmuşdur.

Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca fikir mübadiləsi aparmışlar.

Tərəflər növbəti görüşün tarixini iş qaydasında, Ermənistan Respublikasının şəhərlərindən birində, müəyyən etmək barədə razılığa gəlmişlər.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->