İdman 16:34 08.09.2023

Şahruddin Məhəmmədəliyev rəsmən "Adana Demirspor"da (FOTO/VİDEO)

"Qarabağ"ın və millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin "Adana Demirspor"a transferi rəsmiləşib.
 
Qaynarinfo-nun məlumatına görə, bu barədə türkiyə klubu rəsmi məlumat yayıb. Məhəmmədəliyev Superliqa təmsilçisi ilə ikiillik müqaviləyə imza atıb. 
 
Şahruddin 2016-cı ildən "Qarabağ"da çıxış edirdi. 
 
"Adana Demirspor" dörd turdan sonra hazırda turnir cədvəlində 10-cu pillədə yer alıb. 
 
Artıq "Qarabağ” da Şahruddin Məhəmmədəliyevlə vidalaşıb. Ağdam klubu bununla bağlı videoçarx hazırlayıb.

Sosial şəbəkədə paylaşılan videoda 29 yaşlı qapıçının görüntüləri, "Qarabağ”ın heyətindəki qurtarışlar təqdim olunub. Azərbaycan çempionunun paylaşımında "Təşəkkürlər, Şah!” yazılıb. Onun Türkiyənin "Adana Dəmirspor” klubuna transfer olunduğu yazılıb.
 
Səbuhi Həsənov