Xəbər lenti

Aİ QHT-lərdən üçüncü ölkələrdən maliyyələşməsini açıqlamağı tələb edəcək
Dünya 11:22 22.05.2023

Aİ QHT-lərdən üçüncü ölkələrdən maliyyələşməsini açıqlamağı tələb edəcək

Avropa Komissiyası Aİ ölkələrindəki qeyri-hökumət təşkilatlarını və digər qurumları ittifaq kənarından aldıqları istənilən maliyyələşdirmə haqqında məlumatı açıqlamağa məcbur etmək niyyətindədir.

Bu barədə Qaynarinfo DW-yə istinadən xəbər verir.

KİV-in məlumatına görə, Avropa Komissiyası iyunda təqdim edilməsi planlaşdırılan "Demokratiyanın müdafiəsi” adlı AK sənədlər paketinə daxil olan qanun layihəsi hazırlayıb.

Sənəd Aİ-yə daxil olmayan ölkələrin QHT, biznes assosiasiyaları, PR agentlikləri və özəl yayımçılar kimi təşkilatları maliyyələşdirib-maliyyələşdirmədiyi barədə məlumatların yer aldığı milli reyestrin yaradılmasını nəzərdə tutur. Buraya Transparency International kimi tanınmış təşkilatlar daxil ola bilər.

Təşəbbüsü irəli sürən Avropa dəyərləri siyasəti və şəffaflıq üzrə Avropa Komissarı Vera Yurova bildirib ki, ictimai rəyə təsir etmək məqsədi daşıyan Aİ üzvü olmayan ölkələrdən pul axınları açıqlanmalıdır.

İdeya Rusiya, Çin və ya Yaxın Şərq kimi ölkələrdə avtoritar hökumətlərin Aİ-də ictimai rəyə və ya siyasi qərarlara təsir edib-etmədiyini göstərməkdir.
"Kreml və üçüncü ölkələrdən digər subyektlərin aktyorlarının hərəkətlərinə baxanda biz sadəlövh ola bilmərik. Gizli xarici təsirləri və şübhəli maliyyələşməni ifşa etməyin vaxtı çatıb", - Yurova vurğulayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->