Xəbər lenti

Aİ Şurası Niderlandın keçmiş XİN rəhbərini yeni Avrokomissar təyin etdi
Dünya 16:44 09.10.2023

Aİ Şurası Niderlandın keçmiş XİN rəhbərini yeni Avrokomissar təyin etdi

Avropa İttifaqı Şurası Niderlandın keçmiş xarici işlər naziri Vopke Hukstranı İqlim Məsələləri üzrə Avropa Komissarı təyin edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska pravda” məlumat yayıb.

Hukstra Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə ümumi razılığa əsasən yeni Avropa komissarı təyin edilib.

Təyinat Frans Timmermansın Komissiyanın icraçı vitse-prezidenti vəzifəsindən istefa verməsindən sonra baş verib. Onun varisi 2024-cü il oktyabrın 31-də Avropa Komissiyasının səlahiyyət müddəti başa çatana qədər vəzifəsini icra edəcək.

Bundan əvvəl Avropa Parlamenti Niderlandın keçmiş xarici işlər naziri Vopke Hukstranı İqlim Məsələləri üzrə Avropa Komissarı vəzifəsinə rəsmi olaraq təsdiqləyib, həmçinin Avropa İttifaqının vitse-prezidenti Maros Şefçoviç üçün yeni məsuliyyət sahəsini təsdiq edib.

Şefçoviç Avropa Yaşıl Sövdələşmə üzrə icraçı vitse-prezident kimi lehinə 322, əleyhinə 158 və bitərəf 37 səs toplayıb.

Əvvəllər Niderlandın nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans iqlim məsələləri və Avropa Yaşıl Sövdələşməsinə cavabdeh idi, lakin o, öz ölkəsindəki seçkilərdə iştirak etmək üçün vəzifəsindən istefa verib.

Bu vəzifəyə irəli sürülməsi ilə əlaqədar Hukstra Niderlandın xarici işlər naziri vəzifəsindən vaxtından əvvəl istefa verib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->