XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Saymon Stil: Bakı beynəlxalq iqlim əməkdaşlığının tarixində mühüm yer tutur
Ölkə12:14 09.09.2026

Saymon Stil: Bakı beynəlxalq iqlim əməkdaşlığının tarixində mühüm yer tutur

Bakı beynəlxalq iqlim əməkdaşlığının ən yeni tarixində son dərəcə mühüm yer tutur.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) açılış mərasimindəki videomüraciətində bildirib.

Onun sözlərinə görə, təmiz enerjiyə geri dönüşü olmayan keçidə baxmayaraq, iqlim dəyişikliyinin fəsadları güclənməkdə davam edir.

"Hər bir region getdikcə daha ciddi fəsadlarla - ekstremal istilər, daşqınlar, quraqlıqlar, yanğınlar və ərzaq çatışmazlığı ilə üzləşir. Hər bir iqtisadiyyat da bu amillərin təsirinə məruz qalır", - o qeyd edib.

O, iqlim gündəliyinin praktiki icrasının, hökumətlərin biznes, investorlar, şəhərlər, regionlar və vətəndaş cəmiyyəti ilə birləşməsinin, eləcə də planların real layihələrə çevrilməsinin vacibliyini qeyd edib.

"Bu həftə qərarların icrasını sürətləndirmək, tərəfdaşlıqları inkişaf etdirmək və investisiyalar cəlb etmək üçün bütün iştirakçıları birləşdirməyə xidmət edir", - UNFCCC-nin icraçı katibi bildirib.