XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Əməkdar artist: "Heç vaxt ad günümdə özümə hədiyyə almamışam"
Sənət12:00 09.09.2026

Əməkdar artist: "Heç vaxt ad günümdə özümə hədiyyə almamışam"

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Füzuli Hüseynovun doğum günüdür.

Aktyor Qaynarinfo-ya açıqlamasında təmtəraqlı tədbirləri və ad günü qeyd etməyi sevmədiyini bildirib.

“Mənim üçün ad günü sıradan bir gündür. Dostlar məcbur etsə, yeyib-içirik, vəssalam. Heç vaxt ad günümdə özümə hədiyyə də almamışam”, – deyə Füzuli Hüseynov qeyd edib.

64 yaşlı aktyor onu təbrik edən hər kəsə təşəkkürünü bildirib.

Bahar Rüstəmli