Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunu təmsil edən "Turqutluspor" klubu yeni mövsüm öncəsi baş məşqçi vəzifəsinə 22 yaşlı Zeynəb Məstanı təyin edib.
Qayanrinfo xəbər verir ki, Manisa təmsilçisi yeni mövsümə hazırlıq çərçivəsində gənc mütəxəssislə anlaşma əldə olunduğunu açıqlayıb. "Turqutluspor" Super Həvəskarlar Liqasında mübarizə aparır.
Zeynəb Məstan klub binasında keçirilən imza mərasimində müqaviləyə imza ataraq vəzifəsinin icrasına başlayıb. Klubun açıqlamasında bildirilib: "Klubumuz yeni mövsümün quruculuğu və hədəfləri doğrultusunda baş məşqçi vəzifəsi üçün Zeynəb Məstan ilə razılığa gəlib. Klubumuzda başladılan yeni quruculuğun və texniki strukturun rəhbərliyini öz üzərinə götürəcək Zeynəb Məstana qırmızı-qara gerbimiz altında uğurlar arzulayır, bu yeni mərhələnin icmamız, klubumuz və bütün azarkeşlərimiz üçün xeyirli olmasını diləyirik".
Zeynəb Məstan kimdir?
"Turqutluspor"un yeni baş məşqçisi Zeynəb Mestan 2004-cü ildə İzmirdə anadan olub. Türkiyə Futbol Federasiyasının məlumatına görə, onun futbolçu karyerası da olub. Federasiyanın qeydlərinə əsasən, gənc məşqçinin futbolçu karyerası İzmir və Manisa komandalarında formalaşıb.
Zeynəb Məstanın futbolçu karyerası 2019-cu ildə "Karşıyaka Bədən Tərbiyəsi və İdman Təhsil Mərkəzi Spor" klubunda başlayıb. Daha sonra o, "Konak Belediyespor", "Bornova Hitab", "Soma Zafer Spor və Gənclik" və "Bornova Gənc Ulduzlar Spor" komandalarında çıxış edib.
Türkiyə Futbol Federasiyasının qeydlərində Zeynəb Mestanın hazırkı klubu "Bornova Gənc Ulduzlar Spor" kimi göstərilir.
Aydın
Şərhlər