Xəbər lenti

Aİ və ABŞ Ukraynanın bərpası üçün 800 milyard dollar tapmaq istəyir
Dünya 17:50 24.01.2026

Aİ və ABŞ Ukraynanın bərpası üçün 800 milyard dollar tapmaq istəyir

"Politico" jurnalının redaksiyasının ixtiyarına Ukraynanın bərpası və onun Avropa İttifaqına üzvlüyü ilə bağlı onillik plan keçib. 

Qaynarinfo xəbər verir ki, nəşrə danışan üç mənbənin (Aİ rəsmiləri və diplomatlar) bildirdiyinə görə, Avropa Komissiyası bu sənədi yanvarın 24-də keçiriləcək sammit ərəfəsində üzv ölkələrə təqdim edib.

Plana əsasən, ABŞ və Aİ müharibədən sonra Ukraynanın bərpası üçün dövlət və özəl mənbələr hesabına 800 milyard dollar cəlb etməyi hədəfləyir.

Ukraynaya yönəlmiş maliyyə-investisiya planı 2040-cı ilə qədər nəzərdə tutulub və ilk 100 gün üçün təcili əməliyyat fəaliyyət planı ilə tamamlanır. Sənədin əsas məqsədi ölkənin fövqəladə xarici yardımdan asılılığını aradan qaldırmaq və onu dayanıqlı rifah səviyyəsinə çıxarmaqdır.

Ukraynanın bərpasında ABŞ-ın rolu əhəmiyyətli hesab olunur, lakin donor kimi deyil: sənəddə ABŞ strateji iqtisadi tərəfdaş və investor kimi təqdim edilir. Xüsusilə, Vaşinqtondan özəl kapitalın cəlb olunmasına dəstək gözlənilir.

Aydın

--> -->