XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Akademiyaya yeni prorektor təyin edildi
Ölkə09:56 02.10.2026

Akademiyaya yeni prorektor təyin edildi

Azərbaycan İdman Akademiyasına yeni prorektor təyin olunub.

Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, mexanika elmləri doktoru, professor Nailə Kələntərli Azərbaycan İdman Akademiyasının elm və innovasiyalar üzrə prorektoru təyin edilib.

O, son təyinata qədər ali məktəbin elm və innovasiya üzrə prorektorunun müşaviri vəzifəsində işləyib.

Qeyd edək ki, adıçəkilən təhsil müəssisəsi Gənclər və İdman Nazirliyinin tabeliyindədir.