XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Prezident: YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
Siyasət10:25 02.10.2026

Prezident: YAP Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

"Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir".

Qaynarinfo xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.

Otuz ildən çoxdur ki, partiyanın iqtidarda olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var”.