XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Şahzadə Uilyamla Keyt qapılarını Harri və Meqana bağladı
Dünya09:21 02.10.2026

Şahzadə Uilyamla Keyt qapılarını Harri və Meqana bağladı

Şahzadə Uilyam və Keyt Middleton şahzadə Harri və Meqan Marklın uşaqları ilə birlikdə Böyük Britaniyaya köçməsindən sonra onları heç vaxt evlərinə qəbul etməyəcəklər.

Qaynarinfo xəbər verir ki, bu barədə kral ailəsi üzrə ekspert Kerol Meloun “Express” nəşrinə bildirib.

Mütəxəssis şahzadə Harri və Meqan Marklın uşaqları üçün təəssüfləndiyini deyib. Onun sözlərinə görə, uşaqlar öz əmioğluları və xalaoğluları ilə ünsiyyət qura bilməyəcəklər. Meloun hesab edir ki, şahzadə Uilyam və Keyt Middlton Sasseks hersoqlarının ailələri ilə yaxın ünsiyyət qurmasına imkan verməyəcəklər.

“Bir saniyə belə Uilyam və Keytin bu cütlüyün (şahzadə Harri və Meqan Marklın) evlərinə daxil olmasına icazə verəcəyini təsəvvür edə bilmirəm. Kral ailəsinin digər üzvlərindən hər hansı birinin onları qəbul edəcəyini də təsəvvür edə bilmirəm, çünki onlara etibar etmək olmaz. Ailə daxilində eşitdikləri məlumatları açıqlamayacaqlarına inanmaq mümkün deyil”, deyə ekspert bildirib.

Avqustun 20-də Harri və Meqan Marklın altı il ABŞ-da yaşadıqdan sonra uşaqları ilə birlikdə Böyük Britaniyaya qayıtdıqları məlum olub. Ailə Kaliforniyadan şəxsi reyslə Birmingem hava limanına uçub. Cütlüyün uşaqları artıq Britaniyada məktəbə gedirlər və tədris ili sentyabrda başlayıb.

Bu yaxınlarda məktəblər məxfilik qaydalarına riayət olunması ilə bağlı rəsmi məlumat yayıb və “yalnız öz övladlarının fotoşəkillərinin çəkilməsinin vacibliyini” xatırladıblar. Məhdudiyyətə Meqan Markl və şahzadə Harrinin uşaqları ətrafında yaranmış vəziyyət səbəb olub.

Aydın