Xəbər lenti

Sənət 12:41 15.11.2023

AKİ-nin sədrliyinə daha bir iddialı: Vaqif Mustafayev də namizəd olacaq?

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri postu uğrunda mübarizə qızışır. 

Qaynarinfo xəbər verir ki, qurultay yaxınlaşdıqca sədr postuna namizədlərin sayı artır. 

Ötən yazıda məlumat vermişdik ki, sədr postu uğrunda əsasən Xalq artistləri Rasim Balayevlə Şəfiqə Məmmədova arasında rəqabət getsə də, İctimai TV-nin keçmiş rəhbəri Cəmil Quliyev də AKİ-nin rəhbərliyinə iddialıdır. Lakin onun kino ictimaiyyəti arasında nüfuzunun aşağı olması Rasim Balayev-Şəfiqə Məmmədova duellosunda kölgədə qalmasına səbəb olub. 

Cəmil Quliyev Qaynarinfo-ya açıqlamasında xəbəri təkzib etməyib. Səhhətində problem olduğunu əsas gətirərək danışa bilmədiyini deyib.

Cəmil Quliyevin namizədliyi barədə susması onun ehtiyatlı mövqe tutması ilə izah edilir. Bildirilir ki, İctimai TV-nin keçmiş rəhbəri kino ictimaiyyətinin onun namizədliyinə qarşı çıxmasından və namizədliyinin irəli sürülməsinə mane olmasından ehtiyyat edir.

Məlumat üçün deyək ki, onun namizədliyi barədə yayılan məlumatlar kino icitimaiyyətinin narazılığına səbəb olub. Hələ Cəmil Quliyev rəsmən bunu açıqlamasa da, narazılıqlar baş qaldırıb. 

Yeni xəbərlərə görə, daha bir nəfər AKİ-nin sədri postuna namizədliyini irəli sürmək niyyətindədir. Həmin şəxs kinorejissor, "Space” TV-nin keçmiş rəhbəri Vaqif Mustafayevdir.  

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->