Xəbər lenti

Dünya 23:59 12.03.2024

Alen Delon: "Bu dövrü sevmirəm, insanlara nifrət edirəm, mən çoxdan ölməliydim…"

Fransanın "Paris Match" jurnalına verdiyi müsahibədə 82 yaşlı Alen Delon həyatı və karyerasının yekunundan danışıb.

Qaynarinfo xəbər verir ki, aktyorla söhbət edən Valeri Trierveyler bu görüşü belə təqdim edib:

"Mən, Delon: həyatımın müsahibəsi".

Müsahibə böyük sənətkarın yaradıcılığının 60 illiyinə həsr olunmuş xüsusi buraxılışda dərc olunub.

Həyatı, rolları, dostları və ailəsini xatırlayan Alen Delon deyib:

"Həyat artıq mənə heç nə vermir. Artıq hər şeyi görmüşəm, hər şeyi yaşamışam. Amma ən əsası, mən bu epoxaya nifrət edirəm, ürəyimi bulandırır”.

"Mən bu insanlara nifrət edirəm. Hər şey saxta, hər şey quramadır. Artıq hörmət deyilən şey qalmayıb, heç kim vədinə əməl etmir. Yalnız pul önəmlidir. Hər gün səhərdən axşama kimi ancaq cinayətlər haqda eşidirik. Bilirəm ki, bu dünyadan peşman olmadan gedəcəyəm”.

Delon bir az şəxsi həyatındakı uğursuzluqlardan, ailəsi ilə çətin münasibətlərdən də danışıb. Sevdiyi qadınlar və artıq həyatda olmayan dostlarından. Onun sözlərinə görə, aktyorun həyatında itlər xüsusi əhəmiyyət kəsb edir. Onun dördayaqlı dostlarından 50-yə yaxını Parisin kənarındakı bağında dəfn olunub və o, özü də onlarla birlikdə dəfn olunmaq istəyir.

Bu gün həyatında qadınların yeri barədə soruşduqda, Delon cavab verir ki, o, hələ "yarısını" tapmayıb.

"Deməzdim ki, kifayət qədər namizədim yoxdur. Onlarla namizəd var, amma heç biri həyatımın qalan hissəsini birlikdə yaşamağa uyğun deyil. Mən o qadınla evlənə bilərdim ki, o, ömrümün sonuna qədər yanımda olmağa razı olsun”.

Aktyorun karyerası bitmək üzrədir: müsahibəsində o, Patris Lekomtun rejissorluq etdiyi və baş rolları Alen Delon və Cülyetta Binoşun ifa etdiyi son filmdən danışır. Bununla belə, çəkilişlər davamlı olaraq təxirə salınır. Delon teatr səhnəsinə qayıtmaq istədiyini də deyir.

Alen Delonun "Asteriks və Olimpiya Oyunları”nda Sezar rolunu oynadığı sonuncu film 2008-ci ildə çəkilib. O, sonuncu dəfə 2013-cü ildə qızı Anuşka Delon ilə teatrda onun atasının rolunu oynayıb.

"Mən artistəm, amma aktyor deyiləm, aktyorluq akademiyasını bitirməmişəm. Bunun üçün heç nə etmədim. 14 yaşımda məktəbi bitirdim, sonra əsgərliyə getdim. Mən filmlərdə çəkilmiş Jan Qaben, Lino Bentura və ya Bert Lankaster kimi güclü şəxsiyyətlərdən biriyəm. Həddindən artıq təvazökarlıq olmadan deyə bilərəm ki, bu peşədə uğur qazanmışam”.

"Mən heç vaxt belə bir karyera xəyal etməmişdim - bu, sadəcə öz-özünə baş verdi. Mən Alen Delon olmaq üçün doğulmamışdım. Mən çoxdan ölməliydim. Amma bunun adı taledir”.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->