Xəbər lenti

Ağdərədə yanğın törədən şəxslər saxlanıldı
Ölkə 22:54 04.09.2025

Ağdərədə yanğın törədən şəxslər saxlanıldı

Sentyabr 3-də Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb reylefli dağlıq ərazidə yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Qaynarinfo-ya bildirilib ki, araşdırmalarla qaynaq işləri apararkən ehtiyasızlıqdan əməli törədən şəxslər - 56 yaşlı Elçin Bağırov, 38 yaşlı Xəyyam Ağayev və 27 yaşlı Asif Qəhrəmanov saxlanılıblar. 

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, ötən gün başlayan yanğın bu gün FHN tərəfindən söndürülüb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->