Xəbər lenti

Alimlər ilk dəfə donuzdan insana ağciyər köçürdü
Sağlamlıq 21:41 26.08.2025

Alimlər ilk dəfə donuzdan insana ağciyər köçürdü

Çinin Quançjou Tibb Universitetinin tədqiqatçıları dünyada ilk dəfə donuzdan insana ağciyər köçürülməsini həyata keçiriblər. Nəticədə orqan əməliyyatdan sonra doqquz gün ərzində fəaliyyətini davam etdirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Independent" yazır.

"Nature Medicine" jurnalında dərc olunan araşdırmaya görə, genetik müdaxilə edilmiş altı geni dəyişdirilmiş donuz ağciyəri 39 yaşlı, beyin qanaxmasından sonra beyin ölümü qeydə alınmış kişiyə köçürülüb.

Əməliyyata qədər alimlər donuzun genlərini redaktə edərək, insan orqanizminin immun sistemini aktivləşdirə biləcək zülalları aradan qaldırıblar. Köçürülmədən sonra xəstəyə immun sistemini zəiflədən preparatlar verilib və orqanın funksionallığı izlənilib.

Mütəxəssislər bildirirlər ki, köçürülən ağciyər 216 saat ərzində həyat qabiliyyətini saxlayıb, nə subyektiv infeksiya, nə də kəskin orqan rədd olunması müşahidə olunub. Lakin 24 saatdan sonra ağciyərdə zədələnmə izləri, 3-cü və 6-cı günlərdə isə anticisimlərin vasitəçilik etdiyi rəddetmə əlamətləri qeydə alınıb. Bu səbəbdən eksperiment 9-cu gün dayandırılıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->