İnsanın gündəlik davranışları uzun söhbətlərdən daha çox onun xarakterini üzə çıxarır. Kiçik, çox vaxt nəzərə çarpmayan vərdişlər əslində ətrafdakılara sizin kim olduğunuzu göstərir.
Qaynarinfo xəbər verir ki, "YourTango" portalı bu barədə 8 nüansı açıqlayıb.
1. Münaqişədən qaçmaq
Açıq danışmaq əvəzinə susmaq və ya yersiz razılaşmaq insanın istədiyinə nail olmasını çətinləşdirir. Solomon Aşın məşhur konformizm təcrübəsi göstərir ki, 75 faiz insan təkcə fərqlənməmək üçün yanlış cavablarla razılaşıb.
2. Vədini yerinə yetirməmək
Xırda öhdəliklərin pozulması belə inamı zəiflədir. Araşdırmalara görə, insanlar kiçik sözlərin təxminən 60 faizini yerinə yetirsə də, ciddi vədlərdə bu göstərici 22 faizə qədər düşür.
3. Özünü alçaltmaq
Hətta zarafatla deyilən mənfi ifadələr belə özünəinamı azaldır, narahatlıq və depressiya riskini artırır, emosional dayanıqlığı zəiflədir.
4. Göz təmasını tez kəsmək
Utancaqlıq və ya özünəinamın azlığı göz təmasının tez pozulmasında əks olunur. Halbuki müsahibə, görüş və sosial ünsiyyət zamanı baxışları saxlamaq güvən hissini artırır.
5. Süni emojilər və qısaltmalar
"Lol” və oxşar ifadələrin həddindən artıq istifadəsi səmimiyyəti azaldır və ünsiyyətin təsirini zəiflədir.
6. Çox yavaş və inamsız danışmaq
Səsin tonunu dəyişmək, daha aydın və inamlı danışmaq inandırıcılığı və cəlbediciliyi artırır.
7. Dik durmamaq
Tədqiqatlara görə, bədən duruşu insanın həm öz hisslərinə, həm də başqalarının ona münasibətinə təsir göstərir. Dik dayanmaq güc və inam təəssüratı yaradır.
8. Çox şikayətlənmək
Daim başqalarını günahlandırmaq zəiflik təəssüratı yaradır. Əksinə, şikayətləri azaltmaq, çətinliklərlə mübarizə aparmaq bacarığını gücləndirir və insanı daha dözümlü edir.
Aydın
Şərhlər