"Liverpool”un keçmiş baş məşqçisi Yurgen Klopp Almaniya milli komandasının yeni baş məşqçisi vəzifəsinə əsas namizəd kimi göstərilir.
Qaynarinfo xəbər verir ki, "Sky Sports" bu barədə Almaniya Futbol İttifaqındakı (DFB) mənbələrə istinadən yazıb
Məlumata əsasən, federasiya 2026-cı il dünya çempionatında milli komandanın nəticələrindən ciddi narazıdır. Hazırkı baş məşqçi Yulian Naqelsmannın vəzifəsindən azad ediləcəyi gözlənilir.
Qeyd edək ki, Almaniya DÇ-2026-nın 1/16 final mərhələsində Paraqvaya məğlub olub. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında əvvəlcə Paraqvay 3:2 hesabı ilə qalib gəlib.
Klopp 2015-ci ildən İngiltərənin "Liverpool” klubuna rəhbərlik edib. 2023/24 mövsümünün sonunda onun yerinə niderlandlı mütəxəssis Arne Slot təyin olunub. Kloppun rəhbərliyi altında "Liverpool” İngiltərə Premyer Liqası, UEFA Çempionlar Liqası, Klublararası Dünya Çempionatı, İngiltərə Liqa Kuboku, İngiltərə Kuboku və UEFA Super Kubokunu qazanıb.
Aydın
Şərhlər